Ötən axşam Rumıniyanın Petroşan və Simeriya şəhərləri arasında dəmir yolunda yük qatarı relsdə çıxıb.
APA-nın məlumatına görə, bu barədə “Rumıniya Radiosu” məlumat yayıb.
Ümumilikdə 14 vaqonun olduğu qatarın 6 vaqonu və elektrovoz relsdən çıxaraq yarğana düşüb. Nəticədə maşinist və köməkçisi ölüb. İlkin məlumata görə, qəzaya səbəb qatarda əyləc sisteminin sıradan çıxması olub.
Vaqonların yarğandan çıxarılması və dəmir yolu əlaqəsinin bərpası üçün müvafiq texnika göndərilib. Petroşan və Simeriya şəhərləri arasında dəmir yolu əlaqəsinin 2 gün sonra bərpa olunması nəzərdə tutulub.