Kolumbiyada silahlı inqilabçı qüvvələr orduya hücum ediblər. Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, nəticədə 1 əsgər ölüb, 3 nəfər yaralanıb.
BMT-nin Kolumbiya üzrə koordinatoru Cen Arnault daha öncə bildirmişdi ki, silahlı inqilabçıların ( FARC) əlindəki silahların 85 faizi qeydiyyata alınıb.
FARC 140 silahını hökumətə təslim edərək 50 ildən sonra ilk dəfə silahı yerə qoyduğunu bəyan etmişdi.
Hökumətlə FARC arasında barışıq üçün referendum keçirilmiş, seçicilərin 50,24 faizi "xeyir" demişdi. 12 noyabr 2016-cı ildə prezident Cuan Manuel Santos ilə FARC lideri Rodrigo Londono Havanda bir araya gələrəş anlaşma imzalayıblar.
48 milyon əhalisi olan Latin Amerikası ölkəsində 50 ildən artıqdır ki, vətəndaş müharibəsi gedir. Müharibə zamanı 260 minə yaxın insan ölüb, 6 milyon nəfər isə ölkəni tərk edib.
Ruslan