12 Aprel 2017 14:35
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriya aviabazasına hücumuna reaksiya verən NATO üzvlərini Çin müqəvvalarına bənzədib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Putin bununla bağlı "Mir" telekanalına müsahibəsində danışıb: "NATO müttəfiqləri necə reaksiya verdilər? Hamı baş verənləri təhlil etmədən ABŞ-a ləbbeyk deyir, Çin müqəvvaları kimi başlarını yelləyib razılıqlarını bildirilər".

Onun sözlərinə görə, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair dəlil yoxdur: "Amma beynəlxalq hüququn pozulması faktı var. Bu, açıq-aydındır. BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan suveren ölkəyə raket zərbələri endirilir".

Qeyd edək ki, aprelin əvvəlində İdlib vilayətinin Xan Şeyxun məntəqəsinə hava zərbələri endirilib, kimyəvi silahın tətbiqi nəticəsində insanlar boğularaq həlak olublar. Ümumilikdə 90 nəfər ölüb. Qərb ölkələri Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham etsə də, Suriya prezidenti bunu təkzib edir. Suriyanın hücumlarına cavab olaraq, ABŞ Suriyanın Şayrat hava bazasına raket zərbələri endirib. Məlumata görə, Xan Şeyxun məntəqəsinə zərbə endirən təyyarələr həmin hava bazasından havaya qalxıb.

Samir


Müəllif:

Oxşar xəbərlər