13 Aprel 2017 22:10
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici borcu 2017-ci il aprel ayının 1-nə 529,7 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə açıqlama Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib. İlin əvvəlindən Rusiyanın xarici borcu 16,2 mlrd. dollar və ya 3,1% artım göstərib.

Rusiya Bankı iqtisadiyyatın bütün sektorlarında borcun artdığını bildirib. Borc əsasən rus rublunun möhkəmlənməsi fonunda yerli valyutada olan borcların təkrar qiymətləndirilməsi nəticəsində meydana gəlib. Bundan başqa, 2017-ci ilin ilk rübündə dövlət idarəetmə orqanlarının borclarının artdığı vurğulanıb.
Xatırladaq ki, aprelin 7-nə Rusiyanın beynəlxalq ehtiyatları həftəlik müqayisədə 2,2 mlrd. dollar və ya 0,6% azalaraq 395,7 mlrd. dollara düşüb.

/Report/


Müəllif:

Oxşar xəbərlər