Belarus Rusiyaya qaz borcunu tam şəkildə ödəyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Belarus 2016-2017-ci illər üzrə təbii qaza görə Rusiyanın “Qazprom” şirkətinə olan $726,2 mln. dollar borcunu tam ödəyib. Bununla da Belarus və Rusiya arasında bir neçə aydır davam edən neft-qaz münaqişəsi qismən nizamlanıb.