Şimali Koreya davamlı raket sınaqları keçirəcək.
Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı KXDR daxili işlər nazirinin müavini Xan SOn Ryol BBC-yə müsahibəsində danışıb:
"Biz raket sınaqlarını hər həftə, hər ay, hər il keçirəcəyik".
O əlavə edib ki, ABŞ hərbi müdaxilə etsə, müharibə qaçılmazdır: "Biz bütün addımlara müvafiq cavab verəcəyik".
Qeyd edək ki, Şimali Koreyanın nüvə proqramının qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın əmri ilə Koreya yarımadasına Amerika Dəniz Qüvvələrinə məxsus kraysler göndərilib. ABŞ Pxenyanı bu kimi addımlardan çəkinməyə çağırıb. Buna cavab olaraq, KXDR aprelin 15-də raket sınağı keçirib. Sınaq uğursuz alınıb. Olaydan bir gün sonra ABŞ vitse-prezidenti Maykl Pens Amerikanın Cənubi Koreyadakı hərbi bazasına gəlib. Hərbçilər qarşısında çıxış edən Pens ABŞ-ın Şimali Koreyaya qarşı münasibətlərdə səbrinin tükəndiyini deyib.
Samir