19 Aprel 2017 13:38
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yol və Şəhərsalma Nazirliyi yolu bağlayıb, əhali məcburən “Qələzar” körpüsü altından keçməli olub. Nazlirlik bilə –bilə ki, təbii fəlakət zamanı yolu açmalıdır, bunu etməyib. Ona görə də daşqınlar zamanı itkilərə səbəb olan əsas amil Yol və Şəhərsalma Nazirliyidir”.

Teleqraf.com günaz.tv-yə istinadla xəbər verir ki, bu sözləri İran parlamentində çıxışı zaman Urmiyadan olan millət vəkili Nadir Qazipur deyib.

O vurğulayıb ki, əhali məcburən faciənin yarandığı istiqamətdə hərəkət edib və ailələri ilə birlikdə həlak olublar.

Nadir Qazipur sel bölgəsi əhalisinə yardımlarla bağlı da öz narazılığını bildirib: “3 gündür ki, məsullar 70 ton müxtəlif qida məhsullarının sel bölgəsinə gətiriləcəyini deyir, lakin bu baş vermir. Görəsən bu məhsullar nə zaman gəlib çatacaq, əhali aclıqdan öləndən sonra?! Bu günədək Qərbi Azərbaycanın heç bir yerində qida məhsulu paylanılmayıb”.

Urmiyanın millət vəkili bundan öncə 43 nəfər azərbaycanlının ölümü ilə nəticələnən təbii fəlakətlə bağlı ölkədə matəm elan olunmadığına etiraz etmişdir.


Müəllif:

Oxşar xəbərlər