20 Aprel 2017 12:22
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Müdafiə naziri Panos Kammenosun ötən bazar günü helikopterlə Egey dənizində yerləşən Aqathonis adasına gedərkən Türkiyə hava məkanını pozduğu bəlli olub.

Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, yunan müdafiə naziri Türkiyənin hava məkanını pozduğu üçün Türk Silahlı Qüvvələrinin hava nəzarətini həyata keçirən bölmələri ona simsiz rabitə vasitəsi ilə “Türkiyə hava məkanına daxil olmusunuz, uçuş planlarını təqdim edin” deyə xəbərdarlıq edib.

Yunanıstan müdafiə naziri ona xəbərdarlıq edən Türk Hava nəzarətçilərini buna görə söyüb.

Cavad


Müəllif:

Oxşar xəbərlər