2 May 2017 11:06
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti amerikalıları yay mövsümü ərzində Avropada mümkün terror təhlükəsi ilə bağlı xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

“Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropa ərazisində terror hücumları təhlükəsinin qalması ilə bağlı xəbərdar edir. Bu xəbərdarlıq 2017-ci il sentyabrın 1-dək qüvvədədir”, - məlumatda bildirilir.

ABŞ xarici siyasət idarəsi amerikalıları yay mövsümü ərzində ictimai yerlərdə və turistik məkanlarda, o cümlədən ticarət mərkəzləri, hotellər, klublar, parklar, hava limanları, restoranlar və ibadət yerlərində ayıq-sayıq olmağa çağırıb. Xəbərdarlıqda qeyd olunur ki, bu cür obyektlər hücumlar üçün prioritet yerlər kimi qalmaqda davam edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər