Teleqraf.com xəbər verir ki, bu barədə "RİA-Novosti"nin Parisin şərq hissəsində – hadisə yerində olan əməkdaşı məlumat verib.
Polislərə qarşı təxribat başladıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişin avanqard qüvvəsini iki yerə bölüb. Bu zaman etirazçılar arasında olan gənclər polis kordonunu sıxmağa cəhd göstərib. Hüquq-mühafizə orqanları bu zaman gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, prezident seçkisinin nəticələrinə qarşı etiraz aksiyası Respublika Meydanında başlayıb. Hazırda nümayişlər Bomarşe Bulvarında davam etdirilir. Polis kordonu onların qarşısını məhz burda kəsib.
Səxavət