9 May 2017 17:07
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Cakarta şəhərinin meri Basuki Tjahaja islam dinini təhqir etdiyi üçün mühakimə edilib.

Teleqraf.com xəbər verir ki, İndoneziyada daha çox Ahok ləqəbi ilə tanınan Cakarta merinin məhkəmə prosesi 5 aya yaxın davam edib.

Nəhayət, bu günlərdə məhkəmə prosesi başa çatıb və hakim Basuki Tjahajaya 2 il müddətinə həbs cəzası verib. Hazırda Cakarta meri bu hökmdən şikayət verməyə hazırlaşır.

Qeyd edək ki, Cakartanın ilk xristian meri olan Basuki Tjahaja 2014-cü ildə vəzifəyə gəlib və 2016-cı ilin sentyabrında Maidə sürəsinin 51-ci ayəsi ilə bağlı verdiyi şərhdə islamı təhqir edib.

O bildirib ki, bəzi qruplar Qurani-Kərimin ayələrinə istinad edərək, xalqdan ona səs verməmələrini istəyib:

“Bu yanaşma insanların axmaq yerinə qoyulması deməkdir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər