Teleqraf.com xəbər verir ki, silahların mayın 15 və 20-də 100 TIR vasitəsilə Suriyaya göndərildiyi bildirilib.
"Anadolu" agentliyinin Haseke bölgəsindəki müxbiri silah yardımı aparan TIR-ları lentə ala bilib.
Yardıma çox sayda yanacaqdoldurma tankeri, zirehli avtomobillər və digər silahların daxil olduğu bildirilib.
Məlumatda qeyd edilir ki, son çatdırılmaya qədər PYD-nin əlində ABŞ istehsalı raketlər, 80 və 120 millimetrlik mərmilər, MK19 qumbaraatanı, M4 Kabrin və M16 avtomatları, "Humvi" və "Kuqar" zirehli avtomobilləri olub.