2 İyul 2017 10:21
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın beynəlxalq terrorçuluğa dəstəyindən, region ölkələrinin daxili işlərinə qarışmasından və BMT-nin tətbiq etdiyi sanksiyaları pozmasından danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı “Röyter” agentliyinə açıqlama verib.

Nikki Heyli bildirib ki, İran BMT sanksiyalarını dəfələrlə pozsa da, Təhlükəsizlik Şurası bu barədə susur və rəsmi Tehrana qarşı hər hansı bir tədbir görməkdən imtina edir: “Bu isə qəbuledilməzdir. Biz İrana göstərməliyik ki, onun BMT sanksiyalarını pozması qarşısında sakit oturmayacaq, buna dözməyəcəyik.

SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin səfərləri İranın BMT-nin 2231 saylı qətnaməsini açıq-aşkar pozmasından bir nümunədir. Lakin indi ortaya çıxan sual budur ki, görəsən BMT İranın bu qanun pozuntusuna necə reaksiya verəcək. Təəssüflər olsun ki, İranın bölgədə yürütdüyü siyasəti region problemlərinin dünya birliyi tərəfindən həllinə mane olur”.

Qeyd edək ki, BMT-nin 2231 saylı qətnaməsi İran ordusu komandirlərinin, o cümlədən də SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin xarici ölkələrinə qadağa qoyub.


Müəllif: Samir

Oxşar xəbərlər