6 İyul 2017 15:03
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Cəzaların İcrası Federal Xidməti və Fövqəladə Hallar Nazirliyində kadr islahatları aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Putin 8 generalı vəzifəsindən azad edib.

DİN-in mərkəzi aparatında işdən azad olunanlar arasında Nəqliyyatın idarə olunması idarəsinin rəis müavini, general-mayor Andrey Andreyev, nəzarət-təftiş idarəsinin rəisi, general-mayor Yevgeni Barikayev və istintaq departamentinin rəsinin birinci müavini, general-leytenant Yuri Şinin var.

Bundan başqa, DİN-in Kemereovsk regionu üzrə rəisi, general-leytenant Yuri Larinov və onun müavini general-mayor Vladimir Şepel, eləcə də Tuva respublikasının daxili işlər idarəsinin rəisi, general-mayor Aleksandr Lobanov vəzifələrindən azad ediliblər.

FHN-nin Sverdlovsk üzrə rəisi, general-mayor Andrey Zalenski, Cəzaların İcrası Federal Xidmətinin Rostov üzrə nümayəndəsi, general-leytenant Sergey Smirnov, Federal xidmətin rəis müavini Sergey Sazanov və Buryatiyanın prokuroru Valeri Petrov da işdən uzaqlaşdırılıb.

Onların işdən çıxarılma səbəbləri açıqlanmır.


Müəllif: Samir

Oxşar xəbərlər