8 İyul 2017 19:58
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan hökuməti "Milli dialoq - 2017, 99 faiz qanunsuz miqrasiyanı rədd edir" şüarı ilə başlatdığı kampaniya zamanı Corc Sorosu da hədəf seçib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, kampaniyanın elementleri arasında "Sorosun gülməsinə imkan verməyək" şüarlı afişalara da rast gəlinir.

Macarıstan hökuməti ildə 1 milyon miqrantı Avropaya gətirmək istədiyini deyən macar əsilli yəhudi iş adamı Corc Sorosa qarşı geniş kampaniyaya başlayıb.

Miqrasiyaya qarşı kəskin mövqeyilə fərqlənən Avropa ölkəsində ictimai yerlərdə Corc Soros əleyhinə afişalar asılıb.

Baş nazir Viktor Orban bildirib ki, Soros maliyyələşdirdiyi təşkilatlar vasitəsilə qanunsuz miqrasiyaya maddi dəstək verir. Sorosun miqrasiya siyasətinə görə, AB ildə 1 milyon miqrantı qəbul etməlidir. AB Komissiyaı, Soros və QHT-lər Macarıstanın miqrasiya siyasətini sərt tənqid edirlər.


Müəllif: Ruslan Xəlil