Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə nəticəsində 49 nəfər yaralanıb.
Hadisə Seneqal çempionlar liqasının final matçından sonra baş verib. Oyundan sonra stadionda basabas yaranıb və divarların bir qismi dağılıb. Yerli hakimiyyət orqanları dağıntıların altındaqalanların olduğundan narahatdır. Hadisə yerinə xilasedicilər və həkimlər briqadası cəlb olunub.