16 İyul 2017 15:32
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim ölkəmizdə homoseksualların həbs edildiyi və ya qaçırıldığı haqda iddialar sadəcə axmaqlıqdır.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan prezidenti Ramzan Kadırov ABŞ-ın NBO televiziya kanalına müsahibəsində deyib.

Kadırov qeyd edib ki, Çeçenistanda belə insanlar yoxdur:

“Bizdə cins azlıq nümayəndəsi yoxdur. Varsa, alın Kanadaya aparın, bizdən uzaq olsunlar”.

Çeçenistan prezidenti daha sonra Rusiya-Amerika münasibətlərindən danışıb:

“Amerikanın bütün səyləri Rusiya və rus rəhbərliyinə qarşıdır. Onlar bilir ki, mən Rusiya üçün canımı verməyə hazır insanlardan biriyəm. Hücum və müdafiə edə biləcək yaxşı ordum var. Baxaq, kimin başına nə gələcək”.

Kadırov “Rusiya ABŞ-ı özünə düşmən görürmü” sualına da maraqlı cavab verib:

“Amerika bizim onu düşmən olaraq görə biləcəyimiz güclü bir dövlət deyil. Bizim güclü dövlətimiz, nüvə gücümüz var”.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya mediasında yayılan xəbərlərdə qeyd edilirdi ki, Çeçenistanda cinsi azlıqları həbsxanaya atırlar, işgəncələrə məruz qoyurlar və hətta öldürürlər.


Müəllif: Cavad

Oxşar xəbərlər