Teleqraf.com xəbər verir ki, qəzet tənqidini konkret faktlarla oxuculara təqdim edib.
“Nyu York Tayms”ın analizinə görə, ABŞ-ın İraq siyasəti iflasa uğrayıb. Qəzet qeyd edib ki, 14 il əvvəl ABŞ ordusu Səddam Hüseyni devirmək məqsədilə İraqa daxil olub. Bu zaman şərqdə demokratik və üzü Qərbə istiqamətli bir potensial tədricən sürət götürməyə başladı. Əslində bu hədəf uğrunda qan və sərvətlər tökülmüşdü.
“4500 Amerika əsgəri həyatını itirdi, bir trilyon dollar pul xərcləndi” arqumentini irəli çəkən qəzet vurğulayıb ki, rəsmi Tehran Yaxın Şərqdə, xüsusilə İraqda baş verən proseslərdən məharətlə yararlana bilib. İran 1980-ci ildə müharibə apardığı düşmən bir ölkədən sadiq ölkə yaratmaq potensialını gördü. Əgər Tehran bu siyasəti uğurlu apara bilsə, bir daha İraq onun üçün əsla təhdid ola bilməz. Əksinə, bu, İranın nüfuzunu regionda qaldırmaq üçün bir vasitə ola bilər. Görünən odur ki, bu yarışdan İran qazandı, Amerika isə itirdi.