Teleqraf.com-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər İsrail hökumətinin Qüdsdə apardığı sərt tədbirlərə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, "Əl-Əqsa" məscidinə gələn müsəlmanlarla terrorçu kimi davranmaq səhv hərəkətdir: "Bu durum bölgədə gərginliyi artırır. “Əl-Əqsa” müsəlmanların göz bəbəyidir".
Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Əqsa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra “Əl-Əqsa” məscidinə giriş məhdudlaşdırılıb. Polisə hücum edən gənc həbs edilib, evində axtarışlar aparılıb.