28 İyul 2017 10:06
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada radikal islamçı Boko Haram qruplaşmasının əsir götürdüyü girovları azad etmək üçün həyata keçirilən əməliyyat ugursuz olub. Əməliyyatçılar tələyə salınıb, əsirlər də daxil olmaqla 40-dan çox insan öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisənin detalları tam açıqlanmır.

Lakin Nigeriya əsgərlərinin Maiduguri Universitetindən qaçırılan geoloqları azad etməyə çalışdığı öncədən elan olunubmuş. Buna qədər isə Nigeriya hökuməti rəsmən bəyan etmişdi ki, Boko Haram şəbəkəsini ölkə səviyyəsində məğlub edib.

Lakin uğursuz əməliyyatın Nigeriya hökumətini çətin vəziyyətə salacağı şübhəsizdir.

Boko Haram sözünün mənası “Qərb tərzində təhsil günahdır” mənasını verir.

2002-ci ildə qurulan Boko Haram Nigeriyada aktiv fəaliyyətə 2009-cu uldən start verib. İŞİD-ə bağlı olduğu deyilən Boko Haram İraq Şam İslam Dövləti terror təşkilatının Afrika qolu hesab olunur.

Bu müddət ərzində Boko Haram qarşıdurma və əməliyyatlarda 20 minə qədər insan öldürüb, eləcədə minlərlə şəxsi girov kimi qaçırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər