6 Avqust 2017 12:03
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malatya Böyükşəhər Bələdiyyə sədri Əhməd Çakırın oğlu Əmrə Çakırın nikah mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Teleqraf.com-un məlumatına görə, Malatya Nikah Sarayında baş tutan mərasimə gələnə qədər o, yol boyunca xalqı salamlayaraq, uşaqlara oyuncaqlar paylayıb. Həddən artıq qonağın çağırıldığı nikah mərasimində Ərdoğan gənc cütlüyün nikah şahidi qismində iştirak edib.

İmzalar atıldıqdan sonra yenicə evlənənlərə ömür boyu xoşbəxt olmalarını arzu edən prezident bu cütlükdən ən azı 5 uşaq gözlədiyini elan edib.

Prezidentin sözünü yerə salmaq istəməyən cütlük məcburən razılaşaraq, 5 uşaq dünyaya gətirəcəklərinə söz verib.


Müəllif: Könül

Oxşar xəbərlər