6 Avqust 2017 17:40
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti qısa müddətli tətilə çıxıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan tətil üçün gəldiyi doğulduğu Rizədə Güneysu mahalında insanların qarşısına çıxıb. Burada yerlilərinə səslənən prezident son referendum zamanı Güneysunun və Rizənin ilk sıralarda yer almamasını tənqid edib. Prezident bildirib ki, 2019-cu ildə vətənindən daha fərqli nəticə gözləyir:

“Bunu da açıq deyirəm. Güneysu niyə bir nömrə olmadı? Rizə niyə bir nömrə olmadı? İndi ana və ata ocağına gəlmişəm. Burada 2-3 gün olacağıq. Hər halda Rizə və Trabzonda istirahət imkanı verdiyiniz üçün təşəkkür edirəm. Bura gəlmişkən Rizə hava limanına gedib işlərə nəzarət edəcəyəm. Bundan sonra inşallah həftə içi təkrar Ankaraya qayıdacağıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər