7 Avqust 2017 18:28
2 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Zelenoqrad inzibati dairəsindəki restoranların birində səhər saatlarında davada üç çeçen bıçaqlanıb, onlardan biri aldığı zərbədən xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan azərbaycanlılar saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin uyğun maddəsi üzrə cinayət işi açılıb.

Münaqişənin səbəbləri barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər