Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı pasient cərrah Abdurrəhman Mustafaya müraciət edərək mədəsində ağrıların olduğunu deyib.
Ultrasəs müayinəsi zamanı xəstənin mədəsində bərk əşyaların olduğu müəyyən edilib. 3 saat davam edən əməliyyat nəticəsində gəncin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxıb. Xəstənin valideynləri onun belə əşyaları udduğunu və artıq bir neçə dəfə oxşar problemi yaşadığını deyiblər.