15 Avqust 2017 18:13
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı ilə yay tətilini keçirdiyi villaya nüfuz etməyə çalışan fotoqrafla bağlı məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “France Info” portalı məlumat yayıb.

Qeyd olunur ki, Makron ötən həftə məzuniyyətə yollanıb. Fransa hakimiyyəti təhlükəsizlik səbəbindən liderin ailəsi ilə istirahət etdiyi məkanın adını açıqlamayıb. Yalnız bildirilib ki, prezident ölkəni tərk etməyib və təcili məsələ çıxdıqda qısa zamanda öz ofisinə qayıda biləcək.

Ötən bazar iş yeri açıqlanmayan fotoqraf Makronun məzuniyyətini keçirdiyi əraziyə nüfuz etməyə cəhd göstərib. Məlum oldub ki, dövlət başçısı yay tətilini ölkənin cənubundakı Marsel şəhərində keçirir.

Bir neçə kadr çəkməyə müvəffəq olan fotoqrafla bağlı şəxsi həyatın toxunulmazlığını pozmağa cəhd iddiası ilə məhkəmədə iddia qaldırılıb.


Müəllif: Səxavət