21 Avqust 2017 14:41
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mersedes-Benz S-klass Trasko Bremen” markalı zirehli limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (332 min 930 ABŞ dolları) satılıb.

Teleqraf.com-un məlumatına görə, Boris Yeltsinin rəsmi və şəxsi görüşlərə getdiyi avtomobili adı açıqlanmayan kolleksioner alıb.

Limuzin xüsusi sifariş əsasında hazırlanıb.

Bundan az müddət öncə Yeltsinin istifadə etdiyi “Mersedes-Benz S-klass III (W140)” 33 milyon rubla (557 min 700 dollar) satılmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər