Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsini Endryu Şofer icra edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda bəyan edib.
Riçard Hoqland Endryu Şoferin təcrübəli diplomat olduğunu vurğulayıb: “O, Birləşmiş Ştatları Vyanada beynəlxalq təşkilatlar yanında missiyada təmsil edib”.
R.Hoqland özünün təqaüdə çıxdığını elan edib.
Xatırladaq ki, ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.