NASA ABŞ-ın Texas ştatını ağzına alan Harvi qasırğasını kosmosdan lentə alıb.
Teleqraf.com-un xarici mətbuata istinadla verdiyi xəbərə görə,
Beynəlxalq Kosmik Stansiya ilə birgə lentə alınan videoda fırtınanın avqustun 25-dəki vəziyyəti əks olunub.
Qeyd edək ki, fırtına Amerika və Meksika körfəzi ərazisinə böyük zərbə vurub. Milyon dollarlarla ziyan verən qasırğa ölkənin içərisinə doğru hərəkət edir.
Təbii fəlakət nəticəsində 10 nəfərdən artıq insan xəsarət alıb. Bir nəfərsə həyatını itirib.