27 Avqust 2017 17:17
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimal-qərbində yerləşən Telafər şəhərinin İŞİD terrorçularından tamamilə azad edildiyi, hazırda, şəhərin dağıntılardan təmizlənməyə başlabdığı bildirilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, general Nəcim Cuburi deyib ki, şəhərdə İŞİD-in əlində heç bir bölgə qalmayıb: “Nəzarətləri altında sadəcə bir bölgə var və onun da şəhərin kənarında yerləşir. Bu gün həmin ərazidə azad olunacaq”.

Qeyd edək ki, İraq Baş naziri Heydər İbadi, 20 avqust bazar günü Telafəri terror təşkilatı İŞİD-dən azadetmə əməliyyatının başlandığını bəyan etmişdi. Telafər İraqla Suriya sərhədində İŞİD-in əlindəki ən böyük türkmən şəhəri idi.Hərbi əməliyyatlar zamanı çoxlu sayda türkmənin öldüyü haqda xəbərlər yayılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər