27 Avqust 2017 15:16
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandın sabiq baş naziri Yinglak Sinavatra ölkədən ayrılaraq Dubaya gedib. Bu arada bəlli olub ki, sabiq ban nazirin haqqında Taylandda həbs cəzası çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Yinglak Sinavatranın nümayəndəsi Puea Thai bildirib ki, sabiq baş nazir ötən həftə ölkəni tərk edib.

Qeyd edək ki, baş nazir vəzifəsini məsuliyyətsiz şəkildə həyata keçirməkdə təqsirləndirilən Yinglak Sinavatra hansı səbəblərdən Dubaya getdiyi bəlli deyil.

Bəlli olub ki, sabiq baş nazirin həbsi barədə qərar o ölkədə olmadığı müddətdə çıxarılıb.

Yeri gəlmişkən, Yinglak Sinavatranın böyük qardaşı, sabiq baş nazir Thaksin Sinavatra da hazırda Dubayda yaşayır.

Yinglak Sinavatranın rəhbəri olduğu partiya funksionerlərindən biri deyib ki, biz ilk olaraq onun Komboca və ya Sinqapura getdiyini eşitdik, lakin sonradan Dubayda olduğu məlum oldu.

50 yaşı olan Yinglak Sinavatra dəyəri milyardlarla ölçülən subsidiya proqramına görə, ittiham olunurdu. Əgər bu işdə sabiq baş nazirin günahgar olduğu sübut edilsəydi, onu 10 il həbs cəzası və siyasətlə məşğul olmaq cəzası gözləyirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər