7 Sentyabr 2017 17:27
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Banqladeşə səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Myanma zülmündən qaçaraq, bura gələn arakanlı müsəlmanların məskunlaşdığı sığınacaqlara baş çəkəcək və Banqladeş hökumətinin nümayəndələri ilə onlara yardım məsələsini müzakirə edəcək.

Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətini Banqladeş hava limanında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

***

Banqladeşdə səfərdə olan Əminə Ərdoğan Myanmadan qaçaraq, bu ölkəyə sığınan müsəlmanlarla görüşüb.

Həmin görüşdən lentə alınmış görüntüləri təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər