10:36
Son 48 saat ərzində Günəşdə ikinci partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Lebedev adına RAN fizika institutunun Günəş astranomiyası labaratoriyası məlumat verib.
Bildirilib ki, sentyabrın 7-i Bakı vaxtı ilə 17:00-da Günəşdə ikinci partlayış qeydə alınıb.
Qeyd olunub ki, son 12 ildə baş verən partlayışlar Yer kürəsinə birbaşa təsir edir.
Tibb mütəxəssisləri bu hadisələrin meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildiriblər. Həkimlər bu günlərdə insanları stress doğuran hadisələrdən qaçmağı məsləhət görürlər.
***
Günəşdə üçüncü partlayış qeydə alınıb.
Hadisə Bakı vaxtilə 11:00-da baş verib. Bu dəfəki partlayış əvvəlkilərdən 10 dəfə güclü olub.