Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ukraynalı siyasətçilərlə görüş keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Lvovun “Leopolis” mehmanxanasında baş tutub.
Bununla bağlı “Özünəyardım” fraksiyasının deputatı Yeqor Sobolyev məlumat verib.
O bildirib ki, görüşdə Yuliya Timoşenko və digər siyasilər iştirak edib:
“Biz iclasda bundan sonra atacağımız addımları müzakirə etdik. Saakaşvili bu gün öz qərarını bizə açıqlayacaq”.
Deputat görüşün detallarını açıqlamayıb.