Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin oğlu, Dövlət Dumasının deputatı İqor Lebedev fiziki qüsurlu uşaqlarla bağlı şok açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bu cür uşaqların doğulmamasının vacibliyini bildirib.
Lebedev əlsiz doğulan uşağın videosuna baxdıqdan sonra bu fikrə gəldiyini deyib:
“Bu cür uşaqlar niyə dünyaya gəlir? Axı bu, həyat deyil, əzabdır. Müasir tibb uşağın sağlamlığını doğulmamışdan müəyyən edə bilir”.