26 Sentyabr 2017 16:45
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, növbəti ildən resurs Rusiya ərazisində fəaliyyətini dayandıracaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov məlumat verib.

O bildirib ki, qanun hamı üçün məcburidir:

“Əgər Feysbuk tələblərə riayət etməsə, şirkət “LinkedIn” kimi Rusiya ərazisində fəaliyyətini dayandıracaq. 2018-ci ildə məsələyə tam aydınlıq gətiriləcək”.


Müəllif: Samir

Oxşar xəbərlər