Macarıstan Ukraynanı Avropa Birliyinə inteqrasiya prosesinə yaxınlaşdıran bütün addımların qarşısını alacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Macarıstan Xarici İşlər naziri Peter Siyyarto deyib.
O bildirib ki, Ukrayna Prezidenti Petro Poroşenkonun azsaylı xalqların dilləri ilə bağlı imzaladığı sərəncam utancvericidir.
Nazir qeyd edib ki, Poroşenko tez-tez Avropalı gələcəkdən danışırdı, ancaq indi o, bunu unuda bilər.