30 Sentyabr 2017 14:35
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyada keçirilməsi planlaşdırılan müstəqillik referendumu dünyada birinci internet müharibəsinin başlanması deməkdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Vikiliks saytının təsisçisi Culian Assanj Tvitter hesabında yazıb.

O əlavə edib ki, Kataloniyada insanlar internetdən referendumun təşkili üçün istifadə edirlər, ispan kəşfiyyatı isə informasiya hücumu təşkil edir, telekommunikasiya şəbəkəsini dondurur, internet saytlarına senzura qoyurlar.

Assanj bildirib ki, Kataloniyada baş verənlər Berlin divarının dağılmasından sonra Qərbdə ən böyük konfliktdir.

Qeyd edək ki, İspaniyanın muxtar ərazisi olan Kataloniya rəhbərliyi sabah müstəqillik referendumu keçirməyi planlaşdırır.


Müəllif: Samir

Oxşar xəbərlər