ABŞ-ın Nyu-York ştatında Verla International kosmetik fabrikində baş verən partlayış nətcəsində 75 nəfər xəsarət alıb.
Teleqraf.com-un məlumatına əsasən, yaxınlıqda yerləşən bütün yanğınsöndürənlər həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.
Yerli sakinlərə evdəki pəncərələri bağlamaq tövsiyyə olunub.
Verla International şirkəti Nyu-Vindzor şəhərində yerləşir və dırnaq boyaları, losyon, ətir və digər kosmetik məhsullar istehsal edir.