22 Noyabr 2017 01:59
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqanskın mərkəzi, o cümlədən administrativ binalar naməlum şəxslər tərəfindən tutulub.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Novaya qəzeta” yayıb. Binaları ələ keçirən şəxslərin hərbi formada olduqları, amma üzərilərində heç bir təşkilatın işarəsini daşımadıqları bildirilir. Bu şəxslərin silahlı olduğu vurğulanır.

Qondarma Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski onların şəhəri tərk etməsini əmr etsə də, hərbçilər bu əmrə tabe olmayıblar. Artıq hökumət nümayəndələri və parlamentin əməkdaşları evlərinə buraxılıblar. İddialara görə, Donetskdən Luqanska içi hərbçilərlə dolu olan üç “Ural” avtomobili gəlib. Onların Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkoya tabe olduğu bildirilib.

Bəzi mənbələr isə binaları ələ keçirilən hərbçiləri Daxili İşlər Nazirliyi əməkdaşları olduğunu vurğulayıblar. Belə ki, onlar bir müddət öncə istefaya göndərili Daxili İşlər naziri İqor Kornetanın Plotnitskinin əmrinə tabe olmadığını bildirib. Binaları tutan hərbçilər isə antiterror təlimi həyata keçirdiklərini söyləməklə kifayətlənir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər