Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər qısa zamanda həll olunmasında maraqlıdır.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
XİN rəsmisi qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir. Biz münaqişənin həll olunmasını çox istəyirik və nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır".
M.Zaxarova qeyd edib ki, münaqişənin həlli bir neçə həftəyə mümkün deyil, bu iş daim davam edir: “Aparılan iş müvafiq nəticələr verəndə, o zaman bunu müşahidə edə bilərsiniz. Belə isə iş daim aparılır”.