26 Noyabr 2017 08:57

Amerikanın Missuri çayı üzərində çəkilən bir şəkil hamının heyrətinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, şəkil bu il 20 noyabrda çəkilib. Bu ecazkar fotoda parlaq dairəvi obyekt görünür. Obyektdən aşağı son dərəcə dəqiq paralel zolaqlar düşür.

Bu unikal kadr “Mutual UFO Netvork” beynəlxalq ufoloqlar təşkilatına bir amerikalı tərəfindən göndərilib. İnternetdə yayılandan sonra isə on minlərlə heyrət ifadə edən reaksiyaya səbəb olub.

İnternet istifadəçilərinin bəziləri bunu yadplanetlilərin gəmisi, kimi təbiətin möcüzəsi, kimi isə dini ismarış kim izah ediblər.


Müəllif: Alpər Cəbrayıl
Загрузка...