İnternetdə abort prosesi ilə bağlı təqdimat yerləşdirən ginekoloq həkimə qarşı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Almaniyanın Aşağı Saksoniya əyalətində baş verib. Həkim ginekoloq Kristina Haenel bu hərəkətinə görə məhkəməyə verilib.
Məhkəmə və prokurorluq hesab edir ki, həkim abort prosesi haqda internetdə təqdimatı etməklə cinayətə yol verib.
AlmaniyaCinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən abort haqqında reklamı cinayət hesab olunur.
2015-ci ildə başlanan məhkəmə prosesi artıq yekunlaşıb. Aşağı Saksoniya məhkəməsi 61 yaşlı həkim kinekoloq Kristina Haeneli 7150 avro cərimə edib.
Haenel isə bir həkim olaraq əxlaq məsuliyyətini yerinə yetirdiyini, uşaq sahibi olmaq istəməyən anaları mövzu ilə bağlı məlumatlandırdığını bildirib.