27 Noyabr 2017 08:42
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın (KXDR) Ali Xalq Məclisi Rəyasət Heyəti sədrinin müavini Ri Cun-hyok bəyan edib ki, ölkəsinin nüvə proqramı təkcə ABŞ-ı hədəfləyib, digər ölkələrin bundan narahatlığına heç bir əsas yoxdur.

Teleqraf.com xəbər verir ki, Ri Cun-hyokun bu fikirləri KXDR-in rəsmi qəzeti “Rodong Sinmun”da dərc olunmuş məqalədə əksini tapıb. Şimali Koreya rəsmisi bildirib: “Bugünkü reallıq göstərir ki, bizim nüvə proqramımız ABŞ-ın Asiya-Sakit okean bölgəsində hegemonluq ambisiyasına qarşı, habelə Koreya yarımadasında və bölgədə sülhün və sabitliyin təminatına yönəlib. Bu, Koreya xalqının qəti qərarıdır ki, biz ABŞ ilə qarşıdurmada güc balansını yalnız nüvə sılahı vasitəsilə təmin edə bilərik”.

Şimali Koreyanın nüvə silahını “Ədalət qılıncı” hesab edən KXDR rəsmisi əlavə edib ki, bu qılınc ABŞ ilə döyüş məqsədi daşıyır. KXDR-ə qarşı istilaya və hər hansı təxribata qoşulmayanadək başqa heç bir ölkə üçün bizim nüvə sılahımızdan təhdid yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər