Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlunun korrupsiya ittihamlarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan ittihamlar sübut olunacağı təqdirdə istefa verməyə hazır olduğunu deyib: "Kılıcdaroğlu heç bir əsas gətirmədən məni və alə üzvlərimi korrupsiyada ittiham edir. Ərdoğanın xarici bankda hesabının olduğunu sübut edin, əgər bunu edə bilmirsinizsə, siyasətdən rədd olun. Əgər sübut etsəniz mən həm prezident postu, həm də siyasətdən gedəcəyəm".