Avropa Şurasında Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələr başlayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Rusiyanın Avropa Şurasından çıxmaqla bağlı səsləndirdiyi fikirlər olub.
Bununla bağlı Avropa Şurasının rəhbəri Turbern Yaqland “Faynəşnl Tayms” qəzetinə müsahibəsində məlumat verib: “Əgər Rusiya şuranı tərk etsə, bu, geriyə böyük addım və Avropa üçün zərbə olacaq”.
O, Rusiyanı fikrindən daşındırmaq üçün 2014-cü ildə qəbul edilmiş sanksiyaların ləğvinin mümkünlüyünü bildirib.