27 Noyabr 2017 20:42
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

41 ölkənin daxil olduğu Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının müdafiə nazirləri ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yığıncaqda Türkiyəni Milli Müdafiə naziri Nurəddin Canikli təmsil edib.

Koalisiya son 5 ildəki terror hücumlarının nəticəsini açıqlayıb.
Nəticələrə əsasən, dünyada terror hücumlarına görə son 5 ildə 200 mindən çox insan ölüb və yaralanıb. Bu hücumlar 348 milyard dollarlıq ziyan vurub.

“Terrora qarşı tərəfdaşlıq” şüarı ilə keçirilən yığıncaqda ölüm hallarının 70 faizinin İraq, Əfqanıstan, Nigeriya və Pakistanda olduğuna diqqət çəkilib.


Müəllif: Samir

Oxşar xəbərlər