2 Dekabr 2017 20:00
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənubunda Guangdonq əyalətinin Baiyun hava limanında bir ailənin çantasından 200 tarakan aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, ailə tarakanları gizli aparmaq istəyirmiş.

Hava limanının Şu Şuyu adlı əməkdaşı sellofanla bükülmüş bağlamaya baxarkən nələrinsə hərəkət etdiyini görüb. Sellofonlar açıldıqda böcəklər bayıra çıxıb və əməkdaş qorxaraq qışqırmağa başlayıb.

Təyyarədə canlı heyvan daşımağa yasaq qoyulduğundan böcəklər müsadirə olunub.

Qeyd edək ki, bir müddət əvvəl Çinin Guizhou əyalətinin Duyun kəndində avtobus vağzalında bir nəfətin çantasından iki insan qolu tapılmışdı. Çanta sahibi qardaşının iki qolunun elektrik naqlinə dəydiyinə görə kəsildiyini bildirərək deyib ki, qardaşı vəfat edərkən bütün orqanizminin dəfn edilməsi üçün ondan qollarını gətirməsini istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər