Saat 16:11
Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehi öldürülüb.
Teleqraf.com xəbər verir ki, sabiq dövlət başçısının təyyarəsi husi qiyamçıları tərəfindən vurulub. Onun ölkənin Marib şəhərinə qaçmağa çalışarkən husilər tərəfindən öldürüldüyü bildirib.
“Röyter”in yaydığı məlumata əsasən, Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehinin paytaxt Səna şəhərində yerləşən evini partladıb.
Ə.A.Salehinin lideri olduğu Yəmən Ümumxalq Konqresi isə keçmiş prezidentin öldürülməsi haqqında yayılan xəbəri təkzib edib.
Qeyd edək ki, Əli Abdullah Salehi tərəfdarları 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bu günə qədər husilərin tərəfində vuruşub. Lakin bir müddət öncə onlar arasında kiçik toqquşmalar başlayıb.
Ə.A.Salehi ölkəsndə baş verənlərə görə ABŞ və İsraili ittiham edib.