7 Dekabr 2017 09:47
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası sabah təcili iclas keçirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasda ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması müzakirə ediləcək.

Görüşün keçirilməsi üçün Fransa, Boliviya, Misir, İtaliya, İsveç, İngiltərə və Uruqvay BMT TŞ-na müraciət edib.

Bu arada, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Trampın qərarını dəstəkləyib: “Prezidentin bu qərarı tarixi addımdır”.
Qeyd edək ki, Donald Tramp dünən Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını rəsmən elan edib.

Qüds Fələstinin müqəddəs şəhəri hesab olunur.


Müəllif: Samir

Oxşar xəbərlər