10 Dekabr 2017 11:31
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı rəhbərliyi ölkənin media qurumlarına ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı son qərarı haqqında məhdud çərçivədə informasiya yaymağı məsləhət görüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, digər iddiaya görə, Ər-Riyad pərdə arxasında hazırlanmaqda olab sülh planına Fələstini razı salmaq istəyir.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley ötən gün BMT Təhlükəsizlik Şurasında Fələstinlə İsrail arasında sülhə nail olmaq üçün yeni plan hazırlandığına dair açıqlama verib. Lakin o, planın detalları barədə danışmayıb.

O da qeyd edilir ki, Prezident Trampın kürəkəni Cerad Kuşner bir müddətdir Yaxın Şərqdə sülhün əldə edilməsi üçün danışıqlar aparır. Yəhudi əsilli Kuşnerin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla yaxşı əlaqələr qurduğu da vurğulanır.

“Röyter” agentliyi isə qeyd edir ki, yeni sülh planında Ər-Riyad ABŞ-la eyni mövqeni paylaşır. Hətta 4 Fələstin rəsmisi şahzadə Məhəmməd bin Salmanın Tramp və kürəkəninin 2018-ci ilin birinci yarısında açıqlayacağı planla bağlı Fələstin lideri Mahmud Abbasla görüşdüyünü iddia edib. Bir fələstinli dövlət rəsmisi isə Səudiyyə şahzadəsinin Mahmud Abbasa “səbirli ol, yaxşı xəbərlər alacaqsan, sülh prosesi davam edəcək” dediyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər